Tanınmış prodüser Anar Mədətov ikinci həyat yoldaşı Samirə Abbasova ilə Türkiyəyə gedib.
Teleqraf.com xəbər verir ki, Samirə Abbasova İnstaqramda hekayə bölümündə foto paylaşıb.
Şəbəkə izləyicilərinin ünvanladığı "Toyunuz nə zamandır? Xınayaxdı mərasiminiz oldu, amma toy mərasiminiz yox" sualına o: "Bu ilin bitməsinə qədər toy olmayacaq. Bizi izləməyə davam edin" deyə cavablandırıb.
Qeyd edək ki, Anar Mədətov keçmiş həyat yoldaşı Elnurə Mədətovadan ayrılıb.
Cütlüyün iki övladı var. Oğlu Mahir Emreli "Qarabağ" komandasının futbolçusudur, qızı isə xaricdə təhsil alır.