Ötən gün rusiyalı müğənni Dima Bilan Bakıda konsert verib.
Teleqraf.com-un məlumatına görə, konsert “Heydər Əliyev Sarayında baş tutub. Səhnəni “Eurovision” təmsilçimiz Nigar Camalla paylaşan sənətçi sevilən mahnılarını səsləndirib.
Bilan və Nigar “Obnimi menya” (“Məni qucaqla”) adlı dueti də oxuyub.
Gecədən olan fotosunu sosial şəbəkədə paylaşan Dima Bakı üçün darıxdığını qeyd edib:
“Bakı, sizin üçün necə də darıxmışdım. Siz çox mehriban, gözəlsiniz. Səsiniz möhtəşəmdir. Mənimlə birlikdə əla oxuyurdunuz. Mən də sizi sevirəm”.
Rüstəm