Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva bal ayına getdiyi İndoneziyada problem yaşayıb.
Teleqraf.com xəbər verir ki, fitness məşqçisi Kənan Əliyev ilə ailə quran Aynişan Quliyeva İnstaqramda bu sözləri yazıb:
“Hamı soruşur ki, bu qədər yaşıllıq olan yerdə oksigen çatışmazlığı ola bilər? Bəli, boğuluruq. Çünki hava çox rütubətlidir, boğanaqdır. Hələ dərindən nəfəs ala bilməmişik.
Amma düşündük ki, bu səfər nəfəs almasaq da olar. Başımızı qatırıq ki, nəfəs ala bilməməyimiz yadımıza düşməsin”.
Qeyd edək ki, cütlük İndoneziyada yerləşən Bali adasına bal ayına gediblər.