Dünya ulduzu Tom Kruzun koronavirusa görə İtaliyada baş tutan çəkilişləri təxirə düşüb.
Teleqraf.com xəbər verir ki, aktyor “Mission İmpossible”(“ Missiyamız təhlükəlidir”) serialının çəkilişləri üçün İtaliyaya gedib.
Ölkədə koronavirusun qurbanlarının çoxaldığına görə çəkiliş müəyyən vaxta qədər təxirə salınıb.
Tom Kruz və çəkiliş heyəti qaldıqları oteldən çölə çıxmırlar.
Kamera arxasında çalışanların İngiltərəyə döndüyü və virusa görə müayinədən keçəcəyi qeyd edilir.