26 Fevral 2020 18:14
1 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Gülben Ergen koronavirusa görə məhkəməyə gəlməyib.

Teleqraf.com xəbər verir ki, Gülben Ergen keçmiş həyat yoldaşı Erhan Çelikin şikayəti əsasında Çağlayan Məhkəməsində baş tutan məhkəməyə qatılmayıb.

Məhkəmədə hər iki tərəfin vəkili iştirak edib.

İfaçının vəkili Emek Emr Gülben Ergenin Ankara səyahətindən gələrkən koronavirus təhlikəsinə görə təyyarədən enmədiyini və İstanbula gəlmədiyini bildirib.

Və onun növbəti məhkəmədə iştirak edəcəyini vurğulayıb.

Məhkəmə gələn həftəyə təxirə salınıb.

Qeyd edək ki, Erkan Çelik müğənnini şikayət edərək iki il səkkiz ay həbsini tələb edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər