2 Mart 2020 11:27
1 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rəqqasə Fatimə Fətliyeva ilk dəfə evinin qapısının “ATV maqazin onlarla” verilişinı açıb.

Teleqraf.com xəbər verir ki, Fatimə Fətəliyeva 33 sual rubrikasının qonağı olub.

Rəqqasə jurnalistin “Ailədə ən çox kim qazanır?” sualına belə cavab verib: “Həyat yoldaşım da pis qazanmır. Maaşa baxan insandır. Mən çox qazanıram və bu da normaldır. Həyat yoldaşım tez-tez inciyir ki, ona vaxt ayıra bilmirəm. Çay ver, yemək ver, arvadlıq elə. Belə şey olar?”

Fatimə Fətəliyeva qalmaqal yaşadığı Xatun Əliyeva haqqında isə bu sözləri deyib:

“Allah heç kimi o hala salmasın ki, şər-böhtana məruz qalıb vəkil tutasan. Bu işin üzərinə ona görə düşdüm ki, namusuma, övladıma, ailəmə toxunmuşdular. Məhkəmədə qarşı tərəf dediyi sözləri boynuna almadı. Desəydi ki, bu sözləri Fatiməyə demişəm, əlbəttə, qalib gələcəkdim. Məhkəmədə heç kim udmayıb.

Ömürümün sonuna qədər mənə elədiklərini bağışlamayacam. Mən yaxın günlərdə eşitdim deyirlər ki, Fatimə toy məclislərinə 500 manata gedir.

Heç vaxt pulla insanlığı ölçməmişəm. Məclisə pulsuz da gedirəm”.

Fatimə Fətəliyeva şairə Nazilə Səfərlinin fotosunu isə ələ salıb: “Çənəsindən bildim kimdir. Bu odur? Burada nə gözəldi. Hərdən görürüsən ki, insanlar damışığını bilmirlər, sanki mələkdirlər. İşə, biznesinizə görə insanları aşağı salmayın. Son sözlərindən sonra onu tanımıram”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər