Hazırda həyat yoldaşı Kənan Əliyevlə İndoneziyada Bali adasında bal ayında olan Aynişan Quliyevadan xəbər var.
Teleqraf.com xəbər verir ki, əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva İnstaqramda fotolar payşalaraq, “Lampuan məbədinə getmək üçün üçün gecə saat 4-də oyanıb yola düşdük.
Sonra yarım saat yoxuşu piyada çıxdıq, həyat yoldaşım fotomu çəkə bilmirdi.
Yüz dəfə küsüb-barışandan sonra böyük bir həyəcan ilə çəkdi” şərhini yazıb.
Sözügedən fotoları təqdim edirik:
Qeyd edək ki, Aynişan Quliyeva fitnes məşqçisi Kənan Əliyevlə evlənib.