Aparıcı Elgiz Əkbər “Səhər-səhər” verilişində mərhum xalq artisti İlhamə Quliyevadan danışıb.
Teleqraf.com xəbər verir ki, Elgiz Əkbər bu sözləri deyib: “Axırıncı dəfə oturmuşduq, vəziyyəti çox ağır deyildi. Dedi ki, mənə hücum etmək, var-dövlətimi ələ keçirmək istəyirlər. Mən də dedim, ay İlhamə xanım, bu söz-söhbətə son qoymaq üçün vəsiyyət edin və var-dövlətinizi Orxanın adına keçirin.
Orxanın yanında nələr dedi, hər şey özümündür, əsgərlərə verəcəm və sair. Onun bundan sonra 50 il yaşamaq fikri var idi. O tez öləcəyini bilmirdi”.