2 Mart 2020 17:49
1 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dayım baldızımı boşadı, ailəsi dağıldı, onlar da məni gətirdilər, evə qoydular. Dedilər ki, siz bizim qızı saxlamadınız. Öz keyfimdən boşanmadım. Evliliyim bir ilə yaxın davam etdi. 16 yaşım var idi, sevgi üzərində qurulmamışdı”.

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Nigar Şabanova “Ay Zaur” verilişində deyib.

Əməkdar artist həyat yoldaşından ayrıldıqdan sonra ikinci dəfə nişanlandığını da etiraf edib: “Qadın tək qalmamalıdır, ailəsi olmalıdır. İkinci dəfə nişanlandım. Nişanlı olan zaman o insanın başqa xanımdan övladı dünyaya gəldi. Muğam müsabiqəsinə tanış olmuşduq. Yeddi ay nişanlı olduq, stilist idi”.

Nigar Şabanova aparıcının “Ailəsi dağılan, arvadı ölən şəxslə ailə qurarsan?” sualına isə “Bəli, ailə quraram. Subay istəyənlər çox olub. Amma subay şəxslə ailə qurmayacam. Qorxuram ki, bir gün mənə ailəli olduğumu deyəcək” cavabını verib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər