3 Mart 2020 19:59
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanımış aktyoru Can Yaman gecə klubunda pərəstişkarını döyüb.

Teleqraf.com xəbər verir ki, Çiğdem Gökaşan adlı gənc xanım aktyorla foto çəkdirdikdən sonar video çəkməyə başlayıb. Bu isə onu gizli çəkdiyini zənn edən aktyoru özündən çıxarıb.

Daha sonra restoran işçisi xanım və dostlarına yaxınlaşaraq onların məkandan çıxmasını xahiş edib. Bundan əsəbləşən xanım aktyora yaxınlaşaraq “Sizi biz məşhur etdik. İndi restorandan qovdurursan?” deyə iradını bildirib.

Aktyor bu zaman xanıma qarşı kobulduq edib və onun əllərini qıvırıb.

Hadisədən sonra Çiğdem Gökaşan polisə şikayət edib və istintaq başlayıb.


Müəllif: Rəqsanə Həsənova