6 Mart 2020 11:43
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər TV-yə rəhbər təyin edilən Murad Dadaşov danışıb.

Teleqraf.com xəbər verir ki, Murad Dadaşov “Xəzər xəbər”də bu sözləri qeyd edib: “Hamımız başa düşürük ki, mediyanın inkişafında, qurulmasında, auditoriya qazanmasında sərhəd yoxdur. Amma mən bu gün də onu bildirmək istəyirəm ki, burada oturan tanınmış simalar var. Kadr arxasında çalışan insanlar var. Müəyyən qədər uğurlar əldə ediblər. Bu gün Xəzər televiziyasının öz auditoriyası var”.

Qeyd edək ki, ötən gün Murad Dadaşovu Xəzər TV-yə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov təqdim edib və “Məsləhət gördük ki, Xəzər televiziyasına o, rəhbərlik etsin!” deyə bildirib.


Müəllif: Teleqraf.com