6 Mart 2020 12:08
1 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Manaf Ağayevlə əməkdar artist Elza Seyidcahan arasında “Hər şey daxil” verilişində qalmaqal yaşanıb.

Teleqraf.com xəbər verir ki, Manaf Ağayevi əməkdar artistin “Gəncləri korlayan Manaflar, Mətanətlər var” deməsi özündən çıxarıb:

“Bu sözləri Elza Seyidcahan yox, bir kişi desəydi, onu məhv edərdim. Mən nə dərəcədə qanmaz olaram ki, deyim, mənə çörək lazım deyil. Söhbət toylardan gedir. Mən nə qədər qanmazam, özüm-özümü vurum ki, bizə əsər lazım deyil. Kim toyda əsər ifa edir ki?

Mən xalq artistləri tanıyıram ki, dolana bilmirlər. Mən o sənəti neynirəm ki, acından ölüm. Ondansa gedib maşın yuyaram. Elzanı təhqir də etmərəm. Qadın xeylağıdır. Əsər oxuyan adam, harada işləyirsiniz? Get əsərləri konsertə oxu!

Yaxın günlərdə dedi ki, xalq artisti Nazpəri Dostəliyeva tələbəm olub, ondan nə desən gözləmək olar”.

Qeyd edək ki, Mətanət Əsədova “Mənimlə reytinq qazanmaq istəyənlər gəlin mənimlə oxuyun!” deyə, Elza Seyidcahana cavab verib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər