Müğənni Manaf Ağayev, Mətanət Əsədova və əməkdar artist Elza Seyidcahan arasında “Hər şey daxil” verilişində qalmaqal yaşanıb.
Teleqraf.com xəbər verir ki, Elza Seyidcahan Manaf Ağayev və Mətanət Əsədəvanın qonaq olduğu verilişə telefonla bağalanaraq sərt sözlər səsləndirib:
“Hamımız bilirk ki, söhbət nədən gedir. Sənətləri göz qarşısındadır. Ay gözəl sənətkarlar, sizin silahınız sənətinizdir. Siz günahkar deyilsiniz. Azərbaycan musiqisinə koronavirus gəlib və siz də o virusa düşmüsünüz. O xanımla (Nazpəri Dostəliyevanı nəzərdə tutur) mənim adımı birlikdə çəkə bilməzsiniz. O mənim ən pis tələbələrimdən biridir. Özünüzü at yerinə qoyun, ulaq yerinə yox!”.
Bu sözlər isə Mətanət Əsədovanı özündən çıxarıb və Elza Seyidacahanın ünvanına təhqiredici sözlər deyib: “Onun səsini kəsin! Ulaq da sənsən. Məni heç kimlə səhv salma! Ehtiyatlı ol. Bəstəkar adı sənə ayıb olsun. Yekə qadınsan, ulaqdan, atdan danışırsan. O kimdi ki, mənimlə belə danışır. Tərbiyən olsun!
Sənin mənimlə şəxsi münasibətin varsa, Manafın da ağzını açamağa qoymaram. Çaşma! Məni uzaq başı məhkəməyə verəcəksən!”
Qeyd edək ki, Elza Seyidcahanın “Gəncləri korlayan Manaflar, Mətanətlər var” ifadəsi ifaçılar arasında qalmaqala səbəb olub.