6 Mart 2020 14:54
3 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslamla Xatun Əliyeva arasında qalmaqal yaşanıb.

Teleqraf.com xəbər verir ki, Xatun Əliyeva 5/5 verilişində aparıcının “O qızdan nə istəyirsiniz” sualına belə cavab verib: “Kimin nəyi yoxdursa, oradan vurmaq olmaz. Məsələn, kiminsə evi yoxdursa...

Mənə elə bir söz dedi ki, şəxsimə toxundur. Vasif Məhərrəmli, Tarix (Tolik) Əliyev də orada idi və qərar verildi ki, günah ondadır. Telefonumda elə şeylər var ki...O xanımın yazdığı mesajları göstərmək istəyirəm”.

Müğənni Vasif Məhərrəmli isə Xatun Əliyevaya mane olaraq “Lazım deyil” deyib.

Daha sonra Xatun Əliyeva aparıcının “Sizi barışdıracam” ifadəsinə “Barışan da deyəcəyik, qarşı tərəf deyir ki, oturaq söhbəti xırdalayaq” cavabını verib.

Qeyd edək ki, Xatun Əliyevlə Xatirə İslam arasında qalmaqal “Hər şey daxil” verilişinin bayram çəkilişində yaşanıb.


Müəllif: Rəqsanə Həsənova