7 Mart 2020 01:16
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Teylor Svift martın 3-də Amerikanın Tennesi ştatının Neşvill şəhərində baş verən tornado qasırğasında zərərçəkmişlərə 1 milyon dollar yardım göndərib.

Teleqraf.com xəbər verir ki, karyerasının başlarında Neşvilldə yaşayan ifaçı bu barədə İnstaqramda yazıb:

“Neşvill mənim də evimdir. Sakinlərin evlərini itirməsinə pis oldum. Zərərçəkmişlərə yardım məqsədi ilə “Tennessi Fondu”na yardım göndərdim”.

Qeyd edək ki, təbii fəlakət nəticəsində 25 nəfər həlak olub, 45 bina və 5 min ev dağılıb.

Tornado nəticəsində, həmçinin bir neçə insan itkin düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər