7 Mart 2020 11:34
1 820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan Xəzər TV-nin yeni rəhbəri Murad Dadaşovdan üzr istəyib.

Teleqraf.com xəbər verir ki, o, İnstaqramda bu sözləri yazıb:

“Manaf müəllimi gözləyirdim ki, bu sənət müzakirəsinin xoşagəlməz notlarını üzərindən silər. Ona görə də “Hər şey daxil” verilişinə zəng elədim ki, sənət çalarlarını bir daha anladım. Çünki gözəl müzakirəyə səbəb olacaq mövzu açılmışdı.

Bütün sənətkarlar və musiqi sevərlər bir-birinə dəyib. Ancaq uzun zamandır ki, davranışına görə efirdən uzaqlaşdırılan, həyatda mənə “böyüyümsən”, “siz” deyə müraciət edən şəxs efirdən “sən” deyir (Mətanət Əsədovanı nəzərdə tutur).

Amma mən tərbiyəli insan olaraq Xəzər televiziyasından, Tarix Əliyevdən və başda hörmətli Murad Dadaşov olmaqla hamıdan üzr istəməyi özümə borc bilirəm ki, gəlişinizin ilk günündə sizə və kollektivinizə narahatlıq gətirdik”.

Qeyd edək ki, Elza Seyidcahanla Mətanət Əsədova və Manaf Ağayev arasında canlı yayında qalmaqal yaşanıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər