Şairə Nazilə Səfərli rəqqasə Fatimə Fətliyevanin ittihamlarına cavab verib.
Teleqraf.com xəbər verir ki, Nazilə Səfərli “Atv maqazin onlarla” verilişində Fatimənin haqqında dediyi “Öz kariyeranızın və bizesinizin xətrinə kimisə kiminsə yanında aşağı salmayın. Özlərini mələk kimi qələm verirlər” sözlərinə belə reaksiya göstərib:
“Fatimə mənimlə reklam tutur. Başqa ağlıma heç nə gəlmir. Nəyi paylaşa bilmirik? Mən sənin bağına-bostanına göz tikən deyiləm. Allah mənə düşünən beyin verib. Özüm başdan-ayağa fantaziyayam. Dostluq edə bilmirsən, salamı saxla, bizimlə yola get! Biz sənə neynirik ki?
Deyir ki, Naziləyə xına mərasimi vermişdim, mənə salam vermədi. Demir ki, ölmüşdüm, Nazilə məni yerdən götürdü.
Efirdə müsahibə verdi ki, qızımın xınasını Nazilə Səfərli gələr, onu söz bazası var. Anam aş dəmləyir və biz gəl. Heç ağlıma da gəlməz ki, məndən küsüb.
Ondan bizə düşmən olmaz. Fatimə qorxulu deyil, əsəbi beş dəqiqədən sonra keçir. Məni yenə məclsilərinə dəvət etsə, gedəcəm. Çünki mən Naziləyəm. Gecə saat üçdə yenə yığsın ki, sənə ehtiyacım var. Ona “niyə” sualı versəm, şərəfsizəm”.