Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüseri Harvi Vaynşteyn həbs edilib.
Teleqraf.com xəbər verir ki, Nyu-Yorkda reallaşan növbəti məhkəmədə prodüser 23 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Harvinin ünvanına ilk ittihamlar 2017-ci ilin sonunda irəli sürülüb. Son 30 il ərzində onun 80-dən çox xanıma təcavüz etdiyi deyilir.
Onlar arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek kimi məşhur aktrisalar da var.