“Çox vaxt birlikdə oluruq. Demək olar ki, yanımdadırlar. Bir gündən bir görüşürük”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Aybəniz Haşımova ailə quran qızı Aynişan Quliyevadan danışarkən deyib.
Yaxın günlərdə yıxılan əməkdar artist səhhətindən də söz açıb: “Bir az əzilmişdim. Təzyiq xəstəsiyəm. Toydan əvvəl konsertim də oldu. Üst-üstə əziyyətim çox oldu. İstirahətə ehtiyacım var. Hazırda səhhətim yaxşıdır”.
Aybəniz Haşımova koronavirus haqqında danışarkən optimist olduğunu bildirib: “O qədər optimist insanam ki, heç bir xəstəliyin insanı öldürəcəyinə inanmıram. Ən önəmlisi inanmalısan ki, sən yaşayacaqsan və mübarizə aparacaqsan”.