13 Mart 2020 14:57
6 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Afət Fərmanqızını sosial şəbəkədə özündən çıxarıblar.

Teleqraf.com xəbər verir ki, Afət Fərmanqızına sosial şəbəkə izləyicisi tərəfindən ünvanalan “Sizə də Xəzər televiziyasında qadağa qoyublar?” sualına belə cavab verib:

“ATV və ARB kanalı mənə bəs edir. Məni təmənnasız dəvət edirlər, sağ olsunlar. Qaldı Xəzər televiziyasına, xoruz yoxdur, səhər açılmırdı?.. Məni xalqın qəlbindəki qadağaya sala bilməzlər.

Seyid Əzim Şirvanidən şeirindən də mahnı oxuyacam. Efir mənim üçün problem olsa, Türkiyə və Rusiya televiziyalarına yolum açıqdır.

Bir dəli şeytan deyir, televiziya açım”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər