Əməkdar artist Elza Seyidcahan “Hüseynova bacıları” verilişinə qonaq olub.
Teleqraf.com xəbər verir ki, Elza Seyidcahan verilişdə bu sözləri deyib: “Küsülülüyü sevmirəm. Tərifləmək çıxmasın, biz sadəyik... Yeni gənclər efirə çıxırlar. Məsələn, biz efirə çıxanda demirik ki, bəzilərindən fərqli olaraq orada kimlər var... Özümüzə qrup yaratmırıq.
Gənclər də bizim balalarımızdırlar. Onlar da bizimlə birlikdə bir masa ətrafında oturmağa nail olsunlar.
Amma hərdən görürəm ki, bu hərəkətim bəzilərinə əl yeri qoyur, öz yerlərini bilmilrər. Mənə Eliş, Elza deyirlər. Sonra efirdən eyhamla söz atırlar. Cavab verim ki, reklam olsunlar. Bu kişilər və qadınlar tərəfindən bir neçə dəfə təkarlandı.
Ona görə də düşünüdüm ki, bəlkə səhv etmişəm. Sadəlik də bir yerə qədərdi. Onlar özlərini elə aparırlar ki... Onların xəstəliyi koronavirusdur... Onlar məndən və Allahdan gizlincə üzr istəsəydilər bağışlayardım.
Kim olmusunuz? Kimsiniz? Özlərini dərk etsinlər”.