“Bəziləri dünyanın sonudur deyib, az qalır marketləri evə boşaltsın”.
Teleqraf.com xəbər verir ki, bu sözləri İnstaqramda əməkdar artist Aybəniz Haşımova yazıb:
“Ey insan oğlu, sən nə vaxt düzələcəksən? Niyə bu qədər tamahkarsan? Əgər dünyanın sonudursa, marketə qaçmaq əvəzinə, səhvin olduqlarının yanına qaçıb hallalıq, günahının bağışlanmasını istəyəsən? Yür kürəsi Allahın qəzəbinə gəlib. Sən isə yenə nəyin dərdindəsən.
Əllərimi açıb uca yaradandan hamımıza can sağlığı diləyirəm. Allah bizləri körpələrə bağışlasın”.