17 Mart 2020 11:52
1 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Ədalət Şükürov 5/5 verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Ədalət Şükürov Ayda torpaq sahəsi almasından danışıb:

"Hazırda turizm təyyarəsi var. Hansısa məbləği ödəyib, Aya ekskursiyaya gedə bilərlər. Amma çox bahadır, 27 milyondur. 17-18 il öncə idi. Sank-Peterburqda bir idarə Ayda torpaqları satırdı. Bu kiməsə gülməli gələ bilər. Orada doğrudan da torpaq satılıdı. Kim gülürsə, öz işidir. Amma Ayda mənə torpağı hədiyyə etmişdilər".

Ədalət Şükürov aparıcının "Biz lağlağı edir, gülüb-danışırıq" fikrinə isə iradını bildirib:

"Heç vaxt lağ etməyin. İnternetdə Aydakı torpağın sənədlərinə baxa bilərsiniz. Onun xəritəsi də var".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər