Məşhur aktyor Elməddin Cəfərovun həyat yoldaşı, orta məktəbdə məktəbdə direktor müavini işləyən şairə Zemfira Nursalova ilk dəfə Teleqraf.com-un suallarını cavablandırıb.
- Zemfira xanım, niyə heç vaxt mətbuatda görünmürsünüz?
- Çoxsaylı kollektivdə işləyirəm. Buna baxmayaraq bizim ailədə də istisnalar var. Buna isə hörmətlə yanaşıram. Elməddin müəllimin bütün qala gecərində iştirak edirəm.
- Elməddin müəllim ailədə necə insandır?
- Təvazökarlıqdan uzaq olsa da, etiraf edim ki, Elməddin müəllim sözün əsl mənasında şəxsiyyətdir, həm insanlıq, həm də ailəcanlılıq baxımından.
Mənə elə gəlir ki, öz övladlarına yetərincə diqqət göstərən, o cümlədən həyat yoldaşına xanım kimi yanaşan hər bir şəxs müəyyən mənada dəyərləri özündə daşıya bilir.
- Serial və filmlərdə bir çox aktrisalarla tərəf-müqabildir. Qısqanırsızmı?..
- Başa düşürəm ki, sənət adamıdır. Müəyyən rollarda çəkilməsi təbiidir. Mən onu başqa cür qarşılamıram. Buna görə ailəmizdə münaqişələr olmur.
- Elməddin müəllim bir müddət əvvəl müsahibəsində zarafatyana demişdi ki, həyat yoldaşım məni Pərvin Abıyevaya qısqanır...
- Mən tam səmimi deyəcəm. İstər sənətçi, istər müəllim, istərsə də mühəndis olsun, əgər bir insanın fitrətində xəyanət anlayışı varsa, onu edəcək. Ona görə də sənət adamı olmaq xüsusi önəm daşımır. Onun bu sənətə olan sevgisini təbii qəbul edirəm. Ətrafındakılar hamısı sənət adamlarıdır.
Heç zaman qız məsələsində ailəmə problem yaşatmaram. Ziyalı adam evdə dedi-qodu yaradarsa gələcəkdə övladlarını cəmiyyətdə formalaşmış şəxsiyyət kimi görə bilməz. Hər bir ailədə olduğu kimi bizdə də müəyyən fikir mübadiləsi olur. Bu da tam təbiidir.
Hər birimiz ayrı-ayrı ailələrdə formalaşmış insanlarıq. Amma bizim ailədə münaqişələr olmur. Cəmiyyətə çıxan xanımam və çoxsaylı kollektivlə işləyirəm. Həyat yoldaşım da öz sahəsində tanınan insandır, o da kollektivlə işləyir. Onun sənətinə hörmətlə yanaşıram.
- Bəs, sizə qadağaları varmı?
- Hər bir ailədə olduğu kimi bizim ailədə də qadağa və qanunlar var.
- İki oğlunuz var. Gələcəkdə övladlarınızın aktyor olmasını istəyirsinizmi?
- Həyat yoldaşım həmişə deyir ki, aktyor olmaq çətindir. Hər bir sahədə də çətinliklər var. Mən övladlarımın seçimini öz istəklərinə buraxacam.