Əməkdar artist Xumar Qədimova uzun fasilədən sonra yenidən pərəstişkarlarını sevindirib.
Teleqraf.com xəbər verir ki, müğənni "Daha səni üzməyəcəm" adlı yeni mahnısını təqdim edib.
Hər zaman fərqli görünən Xumar Qədimova yenə də ənənəsinə sadiq qalıb və sevənlərini təəccübləndirib.
Müğənni bu dəfə şən bir musiqi seçib. Xumar bu ifası ilə dinləyicilərinə pozitiv əhval-ruhiyyə bəxş edəcək.
Bəstənin sözləri şair Rəşad Məcid, musiqisi isə Qədimovanın özünə aiddir.