Tanınmış vayner Elçin xalq artisti Brilliant Dadaşovanın Rafael Dadaşovun yas mərsimindən insanları uzaqlaşdırdığını iddia edib.
Teleqraf.com xəbər verir ki, vayner sosial şəbəkədə bu sözləri yazıb: "Dünən böyük sənətkar Rafael Dadaşovun yasından hamı çıxarıldı. Rayondan, uzaq yol gələn insanların çayı, halvası qabaqlarında qaldı. Brilliant xanım dedi ki, yas qurtardı və gedin. Camaat ayağa qalxdı və Rafael Dadaşovun evini tərk etdi.
Səidə Dadaşovaya olan hörmətimdən susdum. Mən o evdə Rafael müəllimin çörəyini yeyib, suyunu içmişəm. Sənətkarın ruhuna və övladlarına görə susdum. Heç kim ora yemək yeməyə getməmişdi. Hamı başsağlığına getmişdi".
Məsələ ilə bağlı mərhumun qızı Səidə Dadaşova ilə əlaqə saxladıq. Müğənni "Biz nə haydayıq...Buna cavab verməyəcəyik" deyə, olaya bu cür reaksiya verib.