18 Mart 2020 20:58
1 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aktrisa-model Qamzə Özçelik keçmiş həyat yoldaşı Uğur Pektaşın oğlu ilə görüşünə mane olmaq üçün məhkəməyə müraciət edib.

Teleqraf.com xəbər verir ki, məhkəmənin qərarına əsasən Uğur Pektaşın vəlayəti anasında olan oğlu Muradxanla həftəsonu görüşməsinə qadağa qoyulub.

Uğur Pektaş bu haqda "Survivor"dan İstanbula döndükdən sonra xəbər tutub.

Qeyd edək ki, Qamzə Özçelik ilə Uğur Pektaş dörd il ailəli olub.


Müəllif: Rəqsanə Həsənova