"Təəssüf ki, hələ də bu bəlaya "boş şeydir" deyənlər var".
Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə məşhur meyxanaçı-müğənni Namiq Qaraçuxurlu koronavirusa inanmayanları tənqid edərkən deyib:
"Kaş düşündüyünüz kimi olsun. Lakin heç olmasa, inanmasınız belə bir dəfə hikkənizdən əl çəkib, inananların xətrinə ehtiyyat etməyinizlə xarizmanız pozular?! Gərək gözünüzün önündə inandığınız adam "koronavirusdan öldüm-öldüm" deyə qışqırsın, ondan sonra inanasınız?!".