Xalq artisti Faiq Ağayev Xəzər TV-də yayımlanan 5/5 verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Faiq Ağayev aparıcının "Konserti Aygün Kazımova yoxsa siz bağlayırsınız?" sualına belə cavab verib:
"Artıq hər şey yaxşıdır. Mənim üçün heç bir problem yoxdur. Aygün Kazımovanın çox gözəl yolluğu var. Onunla hansısa bölgəmizə getmək, oturmaq, danışmaq çox gözəldir. Biz birlikdə Beyləqanda idik. Danışdıq və Aygün Kazımova dedi ki, konserti mən açım, sən bağla. Növbəti konsertdə isə əksini edirik".
Xalq artisti Zaur Kamalın "Neçə nəfərlə küsülüsünüz?" sualına isə "Neçə nəfərlə danışmıram deyəndə bunun nə dəxlisi... Say ilə məşğul deyiləm. Mən heç bilmirəm küsülü qalıb da sonra barışmaq lazımdır, ya yox. Müğənnilər var ki, bir-biri ilə danışmırlar, amma hansısa xeyriyyə tədbirində bir yerdə iştirak edirlər" deyə cavab verib. Faiq Ağayev müğənni Damlanın "Azərbaycanda "meqa-star" yoxdur" deməsinə də münasibət bildirib: "Bilib danışmaq daha yaxşdır, nəinki bilmədən danışmaq. Damla ilə yarım ilə əvvəl Gəncədə konsertdə idik və mənə yaxınlaşdı şəkil çəkdirdi. Ən nailiyyətlisi meqadır. Super-starlarımız çoxdur. Bu kimin əri evə daha çox pul gətirdi məsələsinə oxşayır. Meqa müğənnilərimiz, siyasətçilərimiz var".