28 Mart 2020 13:41
2 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Natavan Həbibi sosial şəbəkədə tənqidə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, karantin dövründə gözəllik salonuna gedən Natavan Həbibi İnstaqramda foto paylaşaraq "Nə olursa olsun, bir az gözəlləşək dedik. Özünüzü, ailənizi qoruyun, dua edin" şərhini yazıb.

Sosial şəbəkə izləyicisi isə müğənninin ünvanına "Cahil bir hərəkət edirsiniz. Topluma belə nümunə olursunuz? Ayıbdır. Dünyada insanlar ölür, xəstəxanalar dolub-daşır. Evdəqalın deyə çağırış edilir, siz isə... " deyə sərt sözlər səsləndirib. Natavan Həbibi isə şəbəkə izləyicisinə "Yaşayarıq, görərik" deyə cavab verib.


Müəllif: Rəqsanə Həsənova