29 Mart 2020 16:18
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Rasim Balayev karantin müddətində küçəyə çıxan insanları sərt şəkildə tənqid edib.

Xalq artisti Teleqraf.com-a açıqlamasında deyib ki, karantin zamanı deyilənlərə əməl etmək lazımdır:

"Bayıra çıxmıram. Mağazaya uşaqlar gedirlər. Bu milləti oyatmaq mümkün deyil. Bu milləti Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov ayılda bilmədi, ürəkləri partladı. Çünki söz başa düşmürlər.

Təbii ki, bu hamıya aid deyil. Onlar başa düşmürlər ki, özləri ilə bərabər ailələrini də təhlükə altına qoyurlar. Elə insanları anlamaq çətindir.

Ona görə də söz demək istəmirəm. Sözüm ki, yerə düşəcəksə, niyə deyim? Onsuz da eşitməyəcəklər. Bütün bəşəriyyət əldən gedir. Mən bir neçə dəfə İtaliyada olmuşam. Bilirsiniz İtaliya niyə əldən getdi? Ona görə ki, insanlar evdə oturmurlar. Evdə yemək yeyən yoxdur, yaşlılar kofe və yaxud pivə götürüb gecə saatlarına qədər çöldə otururlar. Onları evə yığışdıra bilmədilər. Ona görə də İtaliya ölüm sayına görə Çini keçdi. Çünki deyilənlərə əməl etmədilər".

Xalq artisti Bakıya maşının "baqaj"ında keçmək istəyən şəxsi də tənqid edib: "Mən xəcalət çəkdim, yekə kişi avtomibilin "baqaj"ında soxulcan kimi Bakıya gəlir. Sonra da deyir ki, səhv eləmişəm. Belə şey olar?

Çox ağıllı yox, yüngülvari ağıllı olmaq lazımdır. O da yoxdur. Təbii ki, sözlərim hamıya aid deyil. Qaydalara riayət edən insanlar da var. Əksər insanlar virus daşıyıcısı ola bilər. Niyə sənin nadanlığına görə başqa adamlar bədbəxt olsunlar?".

Rasim Balayev onu da deyib ki, evdən çölə çıxmır: "Evdən çölə çıxmıram. 65 yaşdan yuxarı olanlar çıxmamalıdırlar. Çünki virus o adamlara çox pis təsir edir. Mənim 72 yaşım var. Niyə çıxmalıyam ki? Deyirlər ki, çıxma, çıxmıram".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər