30 Mart 2020 14:32
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp kral ailəsindən ayrılaraq Kanadaya köçən Britaniya şahzadəsi Harri və həyat yoldaşı, aktrisa Meqan Marklın təhlükəsizliyi üçün pul ayırmayacağını bildirib.

Teleqraf.com xəbər verir ki, prezident Twitter hesabında hazırda Los-Ancelesdə yaşayan Harri və ailəsi haqqında bu sözləri qeyd edib:

"Mən Kraliçanın və İngiltərənin dostu və fanatıyam. Krallığını tərk edən Harri və Meqan Marklın Kanadada yaşadıqları bildirildi. Onlar sonra ABŞ-a köçdülər. ABŞ onların təhlükəsizliyini qorunması üçün pul ödəməyəcək. Özləri ödəməlidirlər".


Müəllif: Rəqsanə Həsənova