Məşhur futbolçu Kriştiano Ronaldo "Evdə qal" çağrısına əməl etməyib.
Teleqraf.com xəbər verir ki, futbolçu sevgilisi, model Corcina Rodriges və övladları ilə sahildə yürüş edərkən görüntülənib.
Onun bu hərəkəti sosial şəbəkədə müzakirələrə səbəb olub və futbolçuya irad bildirilib.
Qeyd edək ki, koronavirusa görə İtaliyadan ölkəsinə gələn futbolçu evində karantində idi.