1 Aprel 2020 16:54
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Victoria's Secret"in məşhur modeli Aleksina Qrem (Alexina Graham) koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, model xəstəxanaya yerləşdirilib.

Model sosial şəbəkədə temperaturunun yüksək olduğunu və nəfəs darlığı çəkdiyini deyib. Həmçinin o, səhhətinin pis olmadığını və xəstəxanada müalicəsinin davam etdiyini bildirib.

Virusa görə ABŞ-dan ölkəsi İngiltərəyə gələn Aleksina Qrem bütün işlərini təxirə salmışdı.


Müəllif: Rəqsanə Həsənova