1 Aprel 2020 22:43
2 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı gənc Cahad Hacıyev gənclərimizin maariflənməsinə dəstək olmaq məqsədi ilə unikal proqram hazırlayıb.

Teleqraf.com xəbər verir ki, “İtest” adlanan proqram qəbul imtahanlarına hazırlaşan gənclərə evdə oturaraq test imtahanlarından ödənişsiz keçmək imkanı yaradır.

Bunun üçün mobil telefonlarına “google play” və ya “apple store”-dan tamamilə ödənişsiz “İtest” proqramını yükləmək kifayətdir.

On minlərlə test sualı yerləşdirilən proqramda bütün ixtisas qrupları və fənlər üzrə testlər mövcuddur. Koronavirusla mübarizəylə bağlı Cahad Hacıyev həmvətənlilərinə proqramdan istifadəni tamamilə ödənişsiz edib.

Belə ki, hazırda insanlara evdən çıxmamaq tövsiyə edilir. Bu müddət ərzində gənclər telefonuna “İtest” proqramını yükləməklə ödənişsiz test imtahanlarını verib qəbul imtahanlarına hazırlaşacaqlar.

Teleqraf.com saytına açıqlamasında Cahad Hacıyev bu sözləri deyib: “Mən tələbə olarkən bir çox gənclərin universitet hazırlığına, sınaq və test imtahanlarına maddi sıxıntı çəkdiklərini müşahidə edirdim. O zamanlardan düşünürdüm ki, mütləq etdiyim layihələr maarifləndirmə yönümlü olsun, ölkənin gənclərini maarifləndirmək üçün bir şeylər edim.

Bu çətin dövrdə baxmayaraq ki, bu layihəyə kifayət qədər vəsait sərf etmişəm, mən bunu Azərbaycan gənclərinə kömək məqsədilə paylaşıram. İstəyirəm ki, gənclərimiz ali təhsil ocaqlarına daha rahat hazırlaşsınlar".

Qeyd edək ki, Cahad Hacıyev 1990-cı ildə Bakı şəhərində anadan olub. “Bakı Oksford məktəbi”ni bitirdikdən sonra Türkiyədəki “Bahçeşehir” Universitetində “Beynalxalq münasibətlər” üzrə bakalavr, daha sonra “Siyasi psixologiya” üzrə magistr dərəcəsinə yüksəlib. Hazırda Azerbaijan Global Trading şirkətində çalışır.

O, xalq artisti Briliant Dadaşova və Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin yeganə oğludur.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər