"Bütün ölkələr iqtisadi böhran içindədirlər. Bir təyyarə belə uçmur. Görün, ölkələr nə qədər vəsait itirirlər. Bu çox ciddi bir məsələdir. Buna görə hamı evdə oturmağa məcburdur. Bizim ölkə başçımız daha tez bizə özümüzü qorumağı bildirdi və tədbir gördü. Artıq məsuliyyət bir vətəndaş kimi bizim üzərimizə düşür".
Teleqraf.com xəbər verir ki, bu sözləri "Bizimləsən" verilişində xalq artisti Brilliant Dadaşova deyib:
"Həmişə başqasının səhvindən nəticə götürüb, öyrənirik. Ona görə də çalşmalıyıq ki, özümüz səhv etməyək. Avropa ölkələrinə baxın, orada nə qədər itkilər var, xüsusən də İtaliyada.
Onlar ilk vaxtlar inanmayıblar. Dünyaya iqtisadi cəhətdən meydan oxuyan Avropa ölkələri belə virusun qarşısında aciz qalıblar".
Xalq artisti onu da deyib ki, maddi vəziyyəti pis olanlara kömək etmək laızmdır: "Əlində müəyyən imkanı olan insanlara demək istəyirəm ki, təkcə öz ailələrinə yox, qohumlarına da kömək etsinlər. Gün ərzində beş-on manata işləyələyən insanlar var. Bizim hamımızın ailəsində evinə çörək pulu gətirə bilməyən 15-20 nəfər var. Bir balaca çörəyi olan insan sadəcə öz ailəsini düşünməsin, qohum-əqrabasına da kömək etsin. Hər birimiz 20-30 ailəyə kömək etsək bu bizim xilasımız olacaq".
Xalq artisti Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edən həyat yoldaşı Ədalət Hacıyevdən də danışıb:
"Həyat yoldaşım Ədalət Hacıyev teatra rəhbərlik edir. Biz əvvəlcə çox qorxduq ki, tamaşa oynamayacaqlarsa, teatrın büdcəsinə pul gəlməyəcəksə onlar maaşsız qalarlar. Amma ölkə başçımız İlham Əliyev deyir ki, siz evdə oturun, səhhətinizi qoruyun, maaşlar veriləcək.
Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva hər bir kiçik detala qədər düşünüblər".