Türkiyəli məşhurlar Sərdar Ortaç və Demet Akalın arasında qalmaqal yaşanıb.
Teleqraf.com xəbər verir ki, Sərdar Ortaç İnstaqramda lüks yaşam tərziylə gündəmdə olan həmkarlarına söz atıb:
"İndi çoxlu ayaqqabın, çantan, minlərcə köynəyin, xərcləyə bilməyəcək qədər pulun...Hara gedəcəksən? Harada geyinəcəksən? Artıq sən də hər kəs kimisən!"
Müğənni Demet Akalının Sərdar Ortaça cavabı gecikməyib: "Bu virusun yayılacağını kim bilirdi ki? Bu söhbətlər cəfəngiyatdır, nə bilim böyük evlər, nə bilim çanta... Hər kəs büdcəsinə görə bir ev alır. Qumarda gedən evlər, villalar zamanı virus yox idi..."