3 Aprel 2020 16:53
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu Şəhərdə” komandası "COVID-19" pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərə qoşulub.

Teleqraf.com xəbər verir ki, “Bu Şəhərdə” komandası prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna beş min manat məbləğində ianə edib.

Bununla da onlar koronavirus xəstəliyinin ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlərə öz töhfəsini veriblər.

Komandanın sevilən simaları Müşviq Abbasov, Rafael İsgəndərov və Coşqun Rəhimov təhlükəli pandemiya ilə əlaqədar hər kəsi evlərində qalmağa və karantinin qaydalarına əməl etməyə dəvət edib.

Qeyd edək ki, “Bu Şəhərdə” bu ay üçün nəzərdə tutulan konsertlərini ləğv edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər