29 Sentyabr 2014 19:31
1 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı model Lalə Hüseynova Şimali Kiprdə keçirilən “Miss Fashion -2014” beynəlxalq modellik və gözəllik yarışmasında “Miss glamour” seçilib.

Bu haqda məlumatı Tabloid.az-a hazırda yeni layihələri ilə bağlı Türkiyədə olan tanınmış təşkilatçı Aqil Məmiyev verib. Təşkilatçı bildirib ki, modelimiz yarışmada ilk onluğa düşərək, “Miss glamour” tituluna layiq görülüb:

“Müsabiqədə Lalə ilə yanaşı, beş gözələ də tac qoyulub. “Miss Fashion 2014” qalibi isə Litva təmsilçisi Karolina Toleikite olub”.

Təəssüratlarını bizimlə bölüşən L.Hüseynova isə yarışmanın qeyri-şəffaf aparıldığını iddia edib. Nəticələrin əvvəlcədən bilindiyini dilə gətirib:

“Fashion TV”-nin rəhbəri hazırlıqlar boyunca birinci olan xanımı yanından ayırmırdı. Nəticələr qabaqcadan bəlli idi”.

Qeyd edək ki, gecənin aparıcılığını Məhmət Əli Ərbil və Sərdar Ortaçın həyat yoldaşı Xloe Luqnan edib.


Müəllif:

Oxşar xəbərlər