Moskvada qayıda bilməyən Damla onun bu vəziyyətinə sevinənlər haqqında sərt sözlər işlədib.
Teleqraf.com xəbər verir ki, Damla İnstaqramdakı hekayə bölümündə video paylaşaraq bu sözləri qeyd edib:
"Uzaqda qalmaq çox çətindir. Özünü, gücünü, sənin üçün narahat olan və sevən dostlarını tanıyırsan. Uzaqlarda qalıb, əlin doğmalarına çatmadığını bildiyi halda sənin vəziyyətinə lağlağı edən dostlarını tanıyırsan, yaxınlarını tanıyırsan.
Demək ki, başımıza gələn neqativ hallar imtahanımızdır. Uğur və nailiyyətlər isə etdiyimiz yaxşılıqların mükafatıdır. Bu, mənim həyat fəlsəfəmdir. Olduqca çox darıxıram, oğlumu, anamı istəyirəm. Mənim üçün dəyərli olan insanlar üçün darıxıram".
Qeyd edək ki, Damla Novruz bayramı ilə bağlı tədbir və özəl dəvətlər üçün Moskvaya getmişdi. Hazırkı vəziyyətə görə Bakıya gələ bilmir.