6 Aprel 2020 15:15
3 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu "Yeddi Canlı" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Həci ilə evli olan Şəbnəm Tovuzlu oğlu Əlidən danışıb: "Mənə sosial şəbəkədə yazırlar ki, yaxşı ki evdə qaldınız, oğlunuza vaxt ayırsınız.

Çəkilişlərdə, tədbirlərdə oluruq, amma bu demək deyil ki, biz evdə olmuruq. Başqa ölkəyə gediriksə, evdə iki gün olmaya bilərik. Amma çox vaxtımızı evimizdə ailəmizlə keçiririk. Bunun xeyri oldu ki, Əli məni bütün günü görür.

Uşaq əvvəl baxıcısına çox bağlı idi. Mənimlə çox qalmırdı. Yatanda baxıcısını istəyirdi. Amma indi çox öyrəşib, mənimlə yatmaq istəyir".

Müğənni geyimlərini bəyənməyən həmkarlarına da ismarış göndərib: "Hansı güclü bıstəkardan mahnı alırsınız, mən də onu ala bilirəm? Klip çəkdirib Türkiyəyə göndərirsiniz, mən büdcə baxımdan onun beş qatını qoyub daha yaxşı yerə göndərirəm.

Bəzi həmkarlarımız var ki, bəyənməməzlik edirlər. O da acizlikdən irəli gəlir.

Allah bəyənibsə, bu yerə gətiribsə, bəndə nə karədir?.. Qoy onlar öz fikirlərində qalsınlar. Elə sözlər danışırlar ki, sanki bir dənədirlər. İndi hardasınız? Çəkilmisiniz evinizə... Amma Şəbnəm elə addımlar atır ki, hər kəsə nümunə olur. O nümunə ilə siz də öyünün, mahnı ilə deyil".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər