Keçən həftə koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən aktyor Kıvanç Tatlıtuğ evə buraxılıb.
Teleqraf.com xəbər verir ki, Kıvanç Tatlıtuğ bu gün səhər saatlarıda xəstəxananı tərk edib.
Yüksək temperatur və öskürək şikayəti ilə xəstəxanaya müraciət edən aktyorun koronavirus analizi neqativ çıxıb.
Aktyorun ağciyərində yüngül sətəlcəm aşkarlanıb.