Məşhur model Gizel Bundhenin həyat yoldaşı, futbolçu Tom Bredi etirafı ilə hər kəsi təəccübləndirib.
Teleqraf.com xəbər verir ki, Gizel Bundhenlə 11 ildir evli olan amerikalı futbolçu Tom Bredi bu evlilikdən məmnun olmadıqlarını açıqlayıb:
"Bir neçə il öncə ailəm üçün üzərimə düşəni hiss edirdim. Bütün mövsümdə futbol oynayacağımı bilirdi. O isə evlə məşğul olacaqdı. Bir gün Gizel mənə belə dedi: "Nə zaman evlə məşğul olacaq və uşaqları məktəbə aparacaqsan? Mənim də xəyallarım vardı..."
Qeyd edək ki, cütlüyün iki övladı var.