30 Sentyabr 2014 10:56
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sezen Aksu ötən axşam Hərbiyə Açıq Hava Teatrında səhnəyə çıxıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur sənətçi Sezen Aksu Hərbiyə Açıq Hava Teatrındakı konsertində “qapalı geyinmə” mövzusunda maraqlı mesaj verib.

Aksu səhnədə iki dəfə "Bizi örtəcəyinizə öz nəfsinizi tərbiyə edin öküzlər" deyib.

Yağışlı havaya baxmayaraq 5 min adamın izlədiyi konsertdə Aksuya Mustafa Ceceli də yoldaşlıq edib.

Mustafa Cecelinin yeni albomunda olan “İllah da Sən” adlı mahnını ifaçılar birlikdə səsləndirib.

Rəqs zamanı Sezen Aksunun etdiyi hərəkətə Mustafa Ceceli "Aman Sezen xanım Teleradio Şurası (RTÜK) var" söyləyib. Sezen Aksu gülümsəyərək "Koymuşum RTÜK-nə” deyib.

İfaçı sənəti tərk edəcəyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib. 2015-ci ilin sonuna qədər səhnədə qalacağını deyən ifaçı “Mahnılar yazmağa, gənclərin əlindən tutmağa davam edəcəyəm amma səhnəyə çıxmayacağam. Yəni musiqini tərk etmirəm" söyləyib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər