13 Aprel 2020 17:27
1 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afaq Bəşirqızı özü də kənd qızıdır, rayonda böyüyüb. İnamıram, o sözləri pis mənada söyləsin.

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Teleqraf.com-a açıqlamasında belə deyib.

Əbdül Mahmudbəyov düşünürəm ki, Afaq Bəşirqızı o sözlərini əsəbindən söyləyib: "Rayondan gələn insanlardan biri də mənəm. Azdan-çoxdan öz sahəmdə nəsə etmişən. Amma Bakının mərkəzində tində duran insanlar var ki, küçələri tanımırlar.

Şəhər-kənd bölgüsü nisbidir. Bunu birmənalı qarşılamaq lazım deyil. Afaq xanım ürək ağrısı ilə deyib ki, bəzi gənclər var, başlarını götürüb kəndən qaçırlar.

Əvvəllər uşaqlar kəndlərdən ailə məktəblərə daxil olmaq, zavodlarda işləmək üçün qaçırdılar. İndi isə onların 90 faizi elm dalınca yox, güzəran dalınca qaçanlardır. Bütün insanlar istəyir ki, normal yaşasın. Amma rayon camaatı elə bilir ki, Bakıda yelə əsib, qoz tökülüb. Gedin, zəhmət çəkin təsərüffatla məşğul olun. Çünki sizin alnınıza bu yazılıb.

Alın müqəddəsdir, orada hər şey yazılıb. Gəlib şəhərdə kiminsə təkərini qaraltmaq, günəmuzd fəhlə işləmək həyat tərzi deyil. Bu tənbəllikdən, nökəçilikdən, şüursuzluqdan gələn dar düşüncə həyat tərzidir. Bunun obyektiv və subyektiv səbəbləri var".

Şeyx Əbdül Mahmudbəyov onu da deyib ki, bəzi insanlar bir-birinə pis nümunədirlər: "Deyir ki, filankəsin qızı Bakıya gəldi, sinəsini açdı, saçını tökdü, üzünü makiyaj elədi və birini tapdı. Mən niyə elə etməyim? Hazırda belə yanaşmalar da var.

Bir dəfə tanışımla rayondan gəlirdim. Küçədə uşaq təkər qaraldırdı. Bizə yaxınlaşdı ki, əmi təkərini qaralda bilərəm? Dostum uşağa bir manat verdi və dedi ki, lazım deyil. Bu uşaq artıq murdarlandı. Zəhmət çəkmədən pul qazandı. Afaq xanımın sözünü yaxşı mənada başa düşmək lazımdır. O ürəyinin ağrısından bu fikirləri bildirib.

İnsan zəhmət çəkməlidir. Allah elə insanların tərəfində olur. Kütləvi şəkildə Bakıya qaçmaq və avaralanmaq heç bir insana heç nə vermir.

30 yaşına qədər bir insan özünə gün ağlamırsa, neynəməlidir? Ya nökərçilik etməlidir, ya da kiminsə bağını şumlamalıdır.

Məgər Afaq Bəşirqızı səhv deyib? Zəhmət çək, övlad böyüt, sonra da ailəsini atsın, gəlsin şəhərdə soyuqda siqaret çəkə-çəkə kiminsə təkərini qaraltsın. Şəxsən mən elə övladdan imtina edərəm.

Bu mənada Afaq xanım narahat olub, mən onu alqışlayıram. Uşqlarımızı təkər qatalmaq üçün böyütməyək".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər