Koronavirusdan sağalan Türkiyənin "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim İtaliya mətbuatına müsahibə verib.
Teleqraf.com xəbər verir ki, Fatih Terim koronavirusa qalib gəlməsindən danışıb:
"Koronavirusa görə dünya çox çətin vəziyyətdən keçir. Hazırda səhhətim yaxşıdır, xəstəlik baxımından şansım vardı.
Virusun simptomları ortaya çıxmazdan əvvə analiz verdim və dərhal müalicəyə başladım. İndi evdəyəm, istirahət edirəm. Qorxu sözü yaşadıqlarımı və hiss etdiklərimi izah etmək üçün yetərli deyil. Sağ qalan italyan dostlarım məni çox yaxşı başa düşürlər".