18 Aprel 2020 21:50
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur model Ebru Şallının keçmiş həyat yoldaşı Harun Tan oğlu Parsın dəfn mərasiminə gələn jurnalistlərə üsyan edib.

Teleqraf.com xəbər verir ki, buna səbəb linfa xərçəngindən dünyasını dəyişən 8 yaşlı oğlu Parsın dəfn mərasimindən çəkiliş edilməsi olub:

"İnsanın ən kədərli günündə də təqib etməyi buraxmırsınız. Məzarda kədərli ana-atanı kamerlara çəkirsiniz. Məzara qoyulan uşağı göstərməyin və ya kədərli valideynlərin göz yaşlarını çəkməyin kimə nə faydası ola bilər?
Bu işə kim son qoyacaq? Belə mətbuat azadlığınız olmaz olsun. Etdiyiniz hərəkətdən utanın!".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər