Əməkdar artist Bəhram Bağırzadə "Evdə qal" kampaniyasına qoşulub.
Teleqraf.com xəbər verir ki, Bəhram Bağırzadə İnstaqramda video paylaşaraq bu sözləri qeyd edib:
"Biz evdəyik və xanımlarımıza kömək edirik. Kimi evdə xörək bişirir, kimi paltar yuyur. Biz isə yarpaq dolması bişiririk. Mən və oğlum da öz həyat yoldaşımıza kömək edirik. Evdə qalın və özünüzü qoruyun".