21 Aprel 2020 15:34
1 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Turan İbrahimov həmkarı Elgiz Əkbəri müdafiə edib.

Teleqraf.com xəbər verir ki, Turan İbrahimov sosial şəbədə bu sözləri yazıb: "Kaş heç olmayaydı. Amma bu, hər kəsin başına gələcək qəzadır. O tip verlişlərdə efiri doldurmaq heç də asan deyil. Maraqlı olsun, diqqət çəksin, reytinq versin deyə, aparıcı-müəlliflər çox əziyyət çəkməli olurlar. Yazıq Elgiz Əkbər nə bilsin ki, Afaq xanım söyəcək və söyüş efirdə eşidiləcək. Bu bir qəzadır, qəza...

Amma MTRŞ çox çevik və adekvat reaksiya verdi. Bu reaksiya həm də bir mesajdır. Cəmiyyətə və bütün yayımçılara.

Yəqin bir nüansı diqqətdən qaçırdınız. MTRŞ-nın yeni seçilmiş rəhbəri, ARB-nin keçmiş rəhbəridir. Və yeni rəhbərin ilk sərt qərarı da məhz keçmiş rəhbəri olduğu TV kanalla bağlı oldu. Mesaj deyəndə həm də bunu nəzərdə tuturam. Heç nə əvvəlki kimi olmayacaq!"


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər