24 Aprel 2020 13:50
1 894
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakıya gəlmək istəyirdik, alınmadı. Belə bir hadisə ilə qarşılaşdıq. İnanıram ki, Allahın qisməti var. Hamımız evə sığınmışıqsa, bu da bir hikmətdi. Ya da Allah bizi imtahana çəkir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni Günel Zeynalova "Səni axtarıram" verilişinə virtual qonaq olarkən deyib.

O, Türkiyədə tək yaşadığını da bildirib: "Evdə təkəm, anamla atam öz evindədir. Onların yanına getməmişəm".

Virtual qonaqdan biri də Günel Zeynalovanın qardaşı, müğənni Tunar Rəhmanoğlu olub. Aparıcı Xoşqədəm Hidayətqızının "Evdə çox qalanda cütlüklər boşanma qərarı verirlər. Bir az ehtiyatlı olun" atmacasına: "Şükür Allaha, hər şey yaxşıdır. Sadəcə, valideynlərimizdən ötrü darıxırıq. Bu da keçəcək. Xalqımıza səbr arzulayıram" deyə cavab verib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər